XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 19:25

NATO Almaniyanın Türkiyəyə təzyiq etmək tələblərini rədd edib –Açıqlama

NATO Almaniya ilə Türkiyə arasında yaşanan böhranda vasitəçi rolunu davam etdirəcək.

Bunu NATO Baş katibi Yens Stoltenberqin sözçüsü Piers Kazalet jurnalistlərə verdiyi açıqlamasında deyib.

Kazaletin sözlərinə görə, NATO Almaniyanın Türkiyəyə təzyiq etmək tələblərini rədd edib.

O, müzakirələr üçün hər iki tərəfin iştirakı ilə bir səfər tarixinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Kazalet bildirib ki, AWACS kəşfiyyat təyyarələrinin başqa bir bazaya köçürülməsi məsələsi hazırda gündəmdə deyil.

Qeyd edək ki, Türkiyə alman deputatlara Konyadakı NATO bazasını ziyarət etməyə icazə verməyib. Almaniya Federal Məclisinin Silahlı Qüvvələr Ombudsmanı Hans-Peter Bartels isə sözügedən məsələdə NATO-nu Almaniyaya dəstək olmağa çağırıb/Axar.az.