Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunda "Qarabağ" Tiflisdə "Samtredia" ilə qarşılaşıb.
Strateq.az xatırladır ki, Bakıda keçirilən ilk oyunda "Qarabağ" rəqibini 5-0 hesabı ilə darmadağın edib.
Tiflisdə keçirilən oyunda isə komandamız 1-0 qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ” üçüncü mərhələdə "Kukesi” (Albaniya) – "Şerif” (Moldova) oyununun qalibi ilə qarşılaşacaq.