"Rusiyaya qarşı sanksiyalar tədricən ləğv edilməlidir".
Bu haqda Almaniyanın Xarici İşlər Naziri Qabriel Ziqmar bildirib.
Nazirin sözlərinə görə, Aİ-nin qərarına uyğun olaraq Minsk razılaşması 100% yerinə yetirilməlidir və bundan sonra sanksiyalar ləğv oluna bilər: "Mən bunu həyata keçirilməz hesab etmirəm. Sanksiyalar tədricən aradan qaldırılmalı, sülhə doğru hərəkət etmək lazımdır".
Trend