XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 05:42

Dollar ucuzlaşdı, avro bahalaşdı – Məzənnə
dollar-45.jpg 
Bu gün dekabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 7-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 4-ü ilə müqayisədə 0,0013 manat və ya 0,12% azalaraq 1,0499 manat olub.

 

Valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0271 manat və ya 2,4% artaraq 1,1405 manata qalxıb.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,01% azalaraq 0,0154 manat səviyyəsində qərarlaşıb.