XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 09:03

ABŞ ilk dəfə Əsədin əsgərlərini bombaladı – Ölən və yaralananlar var

ABŞ İŞİD əleyhinə beynəlxalq koalisiya çərçivəsində ilk dəfə  Suriyada Bəşər Əsəd qüvvələrinə hava zərbələri endirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bombardman zamanı hökumət qüvvələrindən 4 hərbiçi ölüb, 14-ü yaralanıb. 

Hücumlar Əsəd rejiminin nəzarətində olan silah anbarlarının yerləşdiyi Deyr-əz-Zor əyalətinə olub. Əyalətin bir hissəsi İŞİD-in nəzarətindədir. Lakin bombardman edilən ərazi məhz Əsəd qüvvələrinə məxsus olub. 

İŞİD əleyhinə beynəlxalq koalisiya ötən ilin sentyabrında qurulub. Bu il dekabrın 3-də koalisiyaya Britaniya da qoşulub.