XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 14:45

Prezident İlham Əliyev:“Azərbaycanın informasiya məkanı xarici təsir cəhdlərindən qorunmalıdır”

“Erməni lobbisinin ciddi cəhdlərinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların beynəlxalq birliyə çatdırılması istiqamətində son illərdə əsaslı irəliləyişə nail olunub”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə beynəlxalq səviyyədə ictimai fikirdə dönüşün yarandığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, jurnalistlər həqiqəti, obyektivliyi başlıca meyar götürməli, yüksək məsuliyyətli olmalı, xarici təsir altına düşməməlidirlər. Azərbaycanın dünyada nüfuzunun durmadan artdığını, multikulturalizmin mərkəzi sayıldığını deyən prezident İlham Əliyev bu sahədə də Azərbaycan mediasının töhfələrini xüsusi vurğulayıb: “Azərbaycan jurnalistikası daha da vətənpərvər olmalı, xaricdən ölkəmizə təsir cəhdlərinin qarşısının alınmasında fəal iş görməlidir. Milli maraqlar hər şeydən üstün tutulmalı, Azərbaycanın informasiya məkanı xarici təsir cəhdlərindən qorunmalıdır”.

Prezident İlham Əliyev son illərdə Azərbaycan jurnalistlərinin məsuliyyətinin yüksək səviyyəyə çatdığını qeyd edib.

Azərbaycan prezidenti medianın inkişafı üçün Azərbaycan dövlətinin səylərini əsirgəməyəcəyini, jurnalistlərin məişət problemlərinin daim diqqətdə saxlanılacağını da deyib.