XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 10:12

Əsgərimiz ehtiyatsızlıq etdi, öz yoldaşını vurdu – Nazirlik daha bir itki haqda xəbər yaydı

Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Strateq.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

O da qeyd olunur ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!