XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 13:45

“Nezavisimaya Qazeta”: “Bir barel neft 30 dollar ola bilər”

“Bir barel neftin dünya bazarında qiyməti yaxın zamanlarda 30 dollara qədər enə bilər”.

Strateq.az xəbər verir ki, bu bədbin proqnozu Rusiyanın “Nezavisimaya Qazeta” nəşri irəli sürüb.

Qəzet proqnozunu OPEK-in son toplantısında alınan qərarla əsaslandırıb. Xatırladaq ki, Vyanada keçirilən toplantıda nəinki neftin hasilatının azaldılmasına gedilmədi, əksinə 5% artırılması qərara alındı.

Rusiya mətbu orqanı bundan əlavə, həm də İrana qarşı sanksiyaların ləğv olunacağına istinadən “qara qızılın” dünya bazarında qiymətinin görünməmiş səviyyədə enəcəyindən narahatdır və hakimiyyəti hesablarını 30 dollara görə tənzimləməyə çağırıb.