XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 15:05

İrandan bir ilk – İlk səfir qadın təyin olundu

marzie_afham.jpg

ötən şənbə günü İran prezidenti Həsən Ruhani ölkə XİN-nin  mətbuat katibi Mərizə Afxamın Malayziyaya səfir təyin edildiyini açıqlayıb. Beləliklə İran İslam İnqilabından sonra ölkədə ilk qadın səfir təyin edilib.

İranın Tayland, Fillipin, Şri-Lanka, Seneqal, Belçika, Pakistan, Danimarkra və Malayziyaya yeni təyin olunan səfirləri ilə görüşdə Ruhani bildirib ki, bu təyinatı ölkə qadınlarının imkanlarının etiraf edilməsi kimi qiymətləndirmək lazımdır.

İran prezidentinin sözlərinə görə, qadınların ictimai, inzibatı və idman sahəsində fəal iştirakı müsbət və uğurlu addımdır.

H.Ruhani qeyd edib ki, qadının səfir təyin olunması  göstərir ki,  İranda cins fərqi  özünü reallaşdırmaq üçün maneə ola bilməz. 

Starteq.az