XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 10:12

Abbas Abbasovun deputat oğlu: “Qeyrətimiz də var, kişiliyimiz də…”
“Mənim ailəmlə birgə vətənimi tərk edib, həmişəlik Türkiyədə yaşayacağımı deyənlər tərbiyəsi olmayan axmaq və səfeh insanlar ola bilər. Mən heç yerə qaçıb getməmişəm, Azərbaycandayam”.
Strateq.az xəbər verir ki bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
A.Abbasov deyib ki, onu vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcək:
“Mən bu ölkənin deputatıyam. Qeyrətimiz də var, kişiliyimiz də… Niyə görə vətənimi, dövlətimi atıb harasa qaçmalıyam?! Qaçmaq ancaq bulvarda olur. O şərəfsizlər ki, mənim Azərbaycandan çıxıb getməyimi istəyir, onlara bir kəlmə sözüm var: bu cür əsassız informasiyaları yayanların xəyalları ürəklərində qalacaq”.
Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Abbasovun ailəsi ilə birgə həmişəlik olaraq Türkiyəyə köçüb, orada məskunlaşdığı haqda məlumatlar yayılıb.
Aydın Abbasov baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğludur.