XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 20:31

Cənubi Azərbaycanda donuz qripi yayılıb: Ölənlər var

İranda donuz qripindən 33 nəfər həyatını itirib.

Strateq.az xəbər verir ki, bu məlumatı İranın rəsmi xəbər agentliyi İRNA yayıb. Xəbərə görə, ölənlərdən 28-i Kirman, 5-i isə Sistan-Bəlucistan əyalətindəndir.

Dünyasını dəyişənlərdən 4-nün hamilə olduğunu bildirən İranın Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari qripin növünü də açıqlayıb: H1 N1 (“donuz qripi”).

Bu iki əyalətdən başqa Tehran, Kirmanşah, Şərq və Qərbi Azərbaycan əyalətlərində də eyni virusa yoluxanlar qeydə alınıb.

ölkənin Səhiyyə Nazirliyi bu xəstəliyin gələcək günlərdə daha da yayılacağından ehtiyat edir.

Azərbaycan rəsmiləri sərhədlərdə nəzarəti gücləndirməli, İrana gedib-gələnləri ciddi tibbi yoxlamardan keçirməlidir.