XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2015 - 04:35

Rusiya Türkiyəni BMT-də ittiham etmək istəyir

BMT.jpg

Rusiya BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Türkiyənin İraq və Suriyada hərbi əməliyyatlarını müzakirəyə çıxarmaq niyyətindədir. Gözlənilir ki, Rusiya “Su-24” təyyarəsinin vurulmasını və Türkiyə hərbi hissələrinin İraqın şimal bölgələrinə yeridilməsini də diqqətdən kənarda qoymayacaq. Bu barədə “Röyter” agentliyi adları çəkilməyən diplomatlara istinadən məlumat verib.

Agentliyin mənbələrindən biri bildirib ki, detallar barədə məlumatlı deyil, amma Rusiya Türkiyənin İraq və Suriyadakı hərəkətlərinin müzakirə olunmasını xahiş edib.

BMT Təhlükəsizlik Şurasının qapalı iclasının bu gün Moskva vaxtı ilə saat 20.00-da başlayacağı gözlənilir.

Rusiyanın TASS agentliyi də BMT-dəki mənbələrə istinadən bu barədə məlumat yayıb.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə hava sərhəddini pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsi türk pilotlar tərəfindən vurulub. Rusiya prezidenti Vladimir Putin bunu “arxadan zərbə” kimi qiymətləndirib.

Strateq.az