XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2017 - 14:40

Çavuşoğlu Misirli həmkarı ilə İsrailin hərəkətini müzakirə edib –Tel-Əvivə qarşı "cəbhə" genişlənir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirli həmkarı Samih Şükri ilə telefonda İsrailin Yerusəlimin (Quds) müqəddəs əl-Əqsa məscidi kompleksinin girişinə yerləşdirdiyi dəmir detektorlarla bağlı müzakirə aparıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki,  hər iki nazir İsrailin hərəkətini qəbuledilməz sayıb və problemin aradan qaldırılması üçün detallı müzakirənin davam etdirilməsini vacib sayıblar.

Onu da qeyd edək ki, bundan əvvəl Pakistan, İordaniya və Özbəkistan xarici işlər nazirləri ilə də eyni mövzu ətrafında telefonda danışıb. 

Xatırladaq ki, iyulun 14-də İsrail məsciddə hücum edərək, 3 fələstinlini öldürüb. Bununla bağlı çıxan iğtişaşda isə yaralanan 2 İsrail polisi xəstəxanada vəfat edib. Hadisədən sonra İsrail məscidi qapadıb. Sonradan məscidin hər iki qapısını açsalar da, girişə dəmir detektorlar yerləşdirilib. Buna etiraz edən fələstinlilər isə namazı məsciddə deyil, ətrafında qılmağa başlayıblar.

Fələstinlilərin göstərdiyi bu dirəniş sonrası tədirgin olan İsrail ordusu və kəşfiyyatı hökumətdən gərginliyi yumşaltmaq üçün detektorun götülüməsini istəyiblər. Lakin hələ ki vəziyyət dəyişməyib.

Strateq.az