XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 İyul 2017 - 00:14

“İsrailə imkan verməyəcəyik” –Mahmud Abbasdan xəbərdarlıq

"Əl-Əqsa məscidinin qapılarına elektron metal axtarış detektorlarının qoyulmasına imkan verməyəcəyik".

Bu sözləri Fələstin Prezidenti Mahmud Abbas Fələstin Alimləri İkinci Milli Forumunda çıxışı zamanı deyib.

“Əl-Əqsa məscidinin suverenlik hüququ bizimdir. Oranın qapılarına da biz cavabdehik. İşlər çətinləşəcək, ancaq biz xalqımızın taleyini riskə atmırıq. Boş qərarlar vermirik. Dəqiq qərar verərək nəticə almağa ümid edirik. İsrail bu qərarı verəndə biz də qərarlı bir mövqe nümayiş etdirdik. Səbirli olsaq, istədiyimizə çatacağıq, detektorların qurulmasını və bütün əməliyyatları dayandıraraq İsrail hökumətinin Qərbi İordan çayının bütün şəhərlərində nümayiş etdirdiyi pozuntulara son verəcəyik" – prezident söyləyib.

Qeyd edək ki, İsrailin Əl-Əqsa məscidinin Aslanlı Qapısı (El-Esbat) qarşısında təhlükəsizlik kameraları da yerləşdirməyə başladığı bildirilib/Axar.az.