XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 07:13

İcra başçısı və müavinlərinin ilginc qarşılanma mərasimi – FOTOLAR

Salyan rayonunun icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə maraqlı fotoları yayılıb.

BAKU.WS-in məlumatına görə, icra başçısının qızıl güllər içində şəkilləri sosial şəbəkələrdə sürətlə paylaşılır. Fotolar ötən il Salyanda keçirilən Gül Bayramında çəkilib. Ancaq nədənsə fotolar indi sosial şəbəkə istifadəçilərinin marağını cəlb edib.

Fotolardan da göründüyü kimi, icra başçısı və müavinləri qızıl güllərin altından keçir. 

Sosial şəbəkələrdə geniş müzakirə mövzsusu olan şəkillərə insanların münasibəti isə birmənalı olmayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov isə AzVision.az-a açıqlamasında icra başçısının fotosunun Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkildiyini təsdiq edib: “Bu foto bir gül kompazisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Bu baxımdan yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”.