XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 08:07

İtkin düşən neftçinin anası: “Canımı verərəm, oğlumu versinlər” – VİDEO

“Günəşli” neft yatağının 10-cu platformasında baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən biri də Mingəçevir şəhər sakini İnqilab Osman oğlu İsgəndərovdur

İnqilab İsgəndərov 10 ildir ki, neftçi işləyir. Mingəçevir Dövlət Unveristetinin avtonəqliyyat fakültəsini bitirən İnqilab İsgəndərov növbəti dəfə noyabrın 19-da işlədiyi neft yatağına yollanıb. Iki övladı və həyat yoldaşı ilə vidalaşıb. Anası, 81 yaşlı Qəmər xanımdan xeyir-dua alıb. Noyabrın 29-da 58 yaşını elə iş yerində qeyd edib Ailə üzvləri ilə zəngləşib, onların təbriklərini qəbul edib. İ.İsgəndərov sonuncu dəfə dekabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və tezliklə görüşəcəklərini deyib.

“3-ü günü onunla danışmışdıq, sağ-salamat idi. Dedi ki, 1-2 günə gəlirəm. Sonra 4-5-i əlaqə saxlaya bilmədik. Zəng etdik telefonuna zəng çatmadı. İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır” – deyə İnqilab İsgəndərovun həyat yoldaşı Təranə İsgəndərova bildirib.

İndi İnqilab İsgəndərovun oğlu itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə bir neçə gündür Bakıdadır. Digər ailə üzvləri də ondan xəbər gözləyirlər: “Ananın arzusu nə olar, canımı verərəm, oğlumu versinlər”.

İnqilab İsgəndərovun qohumları və qonşuları da onların evinə gəlir, hər an xəbər alacaqlarını gözləyirlər. (Region TV)