XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 11:06

Müdafiə Nazirliyi separatçı rejimin nazirinə kəskin cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında yayılan cəfəng məlumatlarla bağlı növbəti açıqlama verib.

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin edildiyi bildirilib:

“Qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir”.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.