XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2015 - 09:47

Moskvada güclü partlayış – Ölən və yaralananlar var (FOTOLAR)

Moskvanın mərkəzi küçələrinin birindəki avtobus dayanacağında güclü partlayış olub.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 8-nə keçən gecə Pokrovka küçəsində baş verən partlayışda 5 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.

Məlumatlara görə, naməlum şəxs dayanacaqdakı insanların üzərinə partlayıcı qurğu atıb. Ərazidəki müşahidə kameralarına həmin şəxsin partlayıcı qurğunu işə salandan sonra hadisə yerindən sürətlə qaçdığı ilə bağlı görüntülər düşüb.

Paytaxt polisindən faktı təsdiqləyiblər. Bildiriblər ki, hadisə yerində əməliyyatçılar işləyir, cinayətkarın axtarışları davam edir. 

Maraqlıdır ki, Rusiya Daxili İşlər Nazirliyindən iş üzrə “xuliqanlıq” maddəsi ilə cinayət işinin başladıldığını bildiriblər. Halbuki hadisənin terror aktı olması daha ağılabatan görünür.

Xatırladaq ki, Rusiya Suriyada hava əməliyyatlarına başlayandan sonra İŞİD rəsmi Moskvanı qanlı terror aktları ilə hədələmişdi. 

Görünür, Rusiya rəhbərliyi terror versiyasını bilərəkdən qabartmaq istəmir. Əks halda, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı böyük ictimai etiraz başlaya bilər.