Azərbaycan Prezident Adminstrasiyasında yeni təyinat gerçəkləşib.
Emin Eyvazov Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri vəzifəsinə təyin edilib.
E.Eyvazov dekabrın 8-də Milli Məclisin Regional Məsələlər Komitəsinin toplantısında iştirak edib.
Sözügedən vəzifə 1 noyabr seçkilərindən sonra boşalmışdı. Seçkilərədək həmin vəzifəni tutan Kamran Bayramov hakim Yeni Azərbaycan Partiyasının siyahısı əsasında 100 saylı Şəmkir-Daşkəsən dairəsindən Milli Məclisə üzv seçilib(Modern.az).