XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 13:08

Avropa Birliyi parçalanmaq təhlükəsi ilə üz-üzə

«Avropa Birliyi bir neçə hissəyə parçalana bilər».

Bu həyəcanlı bəyanatı Avropa Parlamentinin prezidenti Martin Şults «Die Welt» qəzetinə müsahibəsində səsləndirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Şults parçalanmanın qarşısını almaq üçün gücləri səfərbər etməyə çağırıb:

«Avropa Birliyinin 10 ildən sonra da indiki formada qalacağını əminliklə söyləyə bilmirik. Əgər belə qalmasını istəyiriksə, mübarizə aparmalıyıq».

Avropa Birliyinin konkret olaraq hansı təhdidlərlə üzləşdiyini açıqlamayan Şultsun fikirlərinin əsas hissəsi Avropadakı miqrant böhranı ilə bağlı olub.