ABŞ-da nəşr olunan məhşur “Taym” jurnalı “2015-ci ilin adamı” adı üçün namizədlərin adlarını açıqlayıb. Final siyahısında İran prezidenti Həsən Ruhaninin də adı var.
Bu il namizədlərin son siyahısında artıq neçənci dəfədir ki, İŞİD-lə mübarizədə səylərinə görə Rusiya prezidenti Vladimir Putin də yer alıb. çox maraqlıdır ki, “Taym” “xilafət” uğrunda mübarizəyə öz ardıcıllarını ruhlandırdığı üçün İŞİD lideri Əbu Bəkr əl-Bağdadini də daxil edib.
İran prezidenti sanksiyalar dövründə əzmkarlığı və Tehranının nəhayət ki, Qərblə anlaşdığı üçün namizədlər sırasına daxil edilib.
Miqrantlar probleminin həllində səylərinə görə, cinsini dəyişən keçmiş olimpiya çempionu Keytlin Cenner və ABŞ prezidentliyinə namizəd Donald Tramp da var.
Strateq.az