XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 18:13

“Bir gün İran xalqı səsini yüksəldəcək” – Türkiyədən İrana xəbərdarlıq

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə Milli Məclisində İranın son vaxtlardakı addımlarına kəskin reaksiya verib

Strateq.az NTV kanalına istinadən bildirir ki, Davudoğlu İranın Türkiyənin əleyhinə səsləndirdiyi ittihamları əsassız saymaqla yanaşı, qonşu ölkəyə yaxın keçmişi də xatırladıb: “Dünya İranın üzərinə gələndə, biz bütün riskləri gözə alaraq, buna qoşulmadıq. Əksinə, əlaqələrimizi daha da gücləndirdik, İrana qarşı embarqoların götürülməsinin leyhinə səs verdik. Bəli, biz onları tək qoymadıq. Əgər bu cür rəftarlara davam edilsə, Türk-İran dostluğu təməldən sarsılacaq. Və bir gün İran xalqı buna görə səsini yüksəldəcək. Onlar Türkiyəyə haqsızlıq etməyin deyə, öz liderlərinə bildirəcəklər”.