XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 04:35

Rusiya İŞİD-i sualtı qayıqdan vurur

sualti-qayiq.jpg

Rusiya Suriyada hərbi əməliyyatlar başlanandan bəri ilk dəfə olaraq İŞİD mövqelərinə sualtı qayıqdan atəş açıb. Bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib. Nazirin sözlərinə görə, “Kalibr” qanadlı raketləri Aralıq dənizindəki “Rostov Don” sualtı qayığından buraxılıb: “Biz tam əminliklə deyə bilərik ki, döyüş sursatı anbarlarına, minalar hazırlayan zavoda və təbii ki, neft infrastrukturuna ciddi ziyan vurulub.”

S.Şoyqu bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə məlumat verib. Bu görüşün kadrlarını “Rusiya-24” kanalı yayıb.

Rusiya KİV-i isə İŞİD mövqelərinə sualtı qayıqdan zərbələrin ilk dəfə noyabrın oratalarında endirildiyini yazır. “Kalibr” qanadlı raketləri ilə Rusiyanın Xəzərdəki hərbi donanması gəmilərindən oktyabr ayında İŞİD mövqelərinə zərbə endirilmişdi.

Strateq.az