XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 05:10

Almaniya İraq kürdlərinə hərbi yardımı artıracaq

Berzani.jpg

Almaniya XİN rəhbəri Frank Valter Ştanmayer Ərbildə İraq Kürd Muxtariyyətinin rəhbərliyi ilə görüşüb. Berlin İraq kürdlərinə daha çox hərbi yardım verməyə hazırlaşır.

İraqa səfəri çərçivəsində Ştanmayer Ərbilə gəlib. O, İraq Kürd Muxtariyyətinin rəhbər Məsud Bərzani ilə görüşüb.

Almaniya XİN  başçısı Bərzani ilə görüşdən sonra verdiyi açıqlamada bildirib ki,  Berlin İraq kürdləri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Amma almanlar hesab edir ki, İŞİD-lə mübarizə daha geniş strategiyaya söykənməlidir.

Ərbil hava limanının təhlükəsizliklə bağlı qapadılması Ştanmayerin Ərbilə səfərinin baş tutmasına mane olurdu. çünki Rusiyanın Xəzər hərbi donanmasından buraxılan raketlər Ərbil üzərindən keçir.

Berlin-Moskva danışıqlarında ruslar təhlükəsizliyə zəmanət verdikdən sonra alman diplomat hərbi hava təyyarəsi ilə Ərbilə gəlib. Ştanmayer Sicar və Tikriti İŞİD-dən təmizləyən kürdləri təbrik edib. İraq kürdlərinə hərbi dəstəyin verilməsində almanların da yardım etdiyini diqqətə çatdırıb. İraq kürdləri isə Almaniyadan tankvuran Milan tipli raketlər, G3 və G36 tipli piayada tüfəngi istəyiblər.

Ştanmayer silah yardımı ilə bağlı dəqiq məlumatlar verməsə də,  İraq kürdlərinə hərbi yardımın davam edəcəyini açıqlayıb. Kürd yaraqlılara təlim keçən alman hərbçilərinin sayının isə 150 nəfərə çatdırılacağını bildirib.

Alman dipliomat hərbi əməliyyatların aparılması zamanı Ərbilin Bağdadla daha sıx əməkdaşılıq etməsinin vacibliyini də diqqətə çatdırıb.

Strateq.az