XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 06:29

Obamadan Trampa zərbə – Ağ Ev məsələ qaldırdı

Respublikaçılar Partiyasının ən reytinqli namizədi Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakdan məhrum ola bilər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu təklif Obama administrasiyasından gəlib.
Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, Trampın müsəlmanlara ABŞ-a gəlməmələri barədə çağırışı onu bu hüquqdan məhrum etməyə əsas yaradır.

«Reuters»in məlumatına görə, Ağ Ev amerikalı milyarderin bu çağırışlarını təhqiredici sayır.
Ernest respublikaçılara çağırış edərək Trampı tez bir zamanda partiyadan xaric etməyə də çağırıb: «Trampın dediyi sözlər onu prezident olma haqqından məhrum edir». 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods isə bildirib ki, Trampın fikirləri Amerika dəyərləri ilə ziddiyyət təşkil edir: “Bizim dəyərlər din və etiqad azadlığına hörməti nəzərdə tutur». 

Qalmaqallı fikirləri ilə tanınan Donald Tramp dəfələrlə müsəlmanların əleyhinə açıqlamalar verib. Prezident seçiləcəyi təqdirdə bütün suriyalıları ABŞ-dan qovacağını deyən Tramp son belə çıxışlarının birində bir az da irəli gedib. Və tələb edib ki, hökumət bütün müsəlmanların ABŞ-a girişini yasaqlamalıdır.

Onun bu çağırışı sosial şəbəkələrdə sərt tənqidlərə səbəb olub. Britaniyada isə fəallar hökumətdən tələb ediblər ki, Trampın bu ölkəyə gəlişinə qadağa qoysunlar.