Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ABŞ-ın «Soufan Group» strateji təhlükəsizlik şirkətinin təmsilçisi Riçard Barret İŞİD-ə qoşulan əcnəbilərin hansı ölkələrdən olduğu ilə bağlı sensasion açıqlama verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya bu siyahıda ilk «üçlük»dədi. Qruplaşmaya ən çox Tunisdən qoşulanlar var – 6 min nəfər. İkinci yerdə Səudiyyə Ərəbistanı (2500), üçüncü yerdə isə Rusiya (2400) gəlir.
Avropa Birliyi ölkələrindən isə İŞİD-ə ümumilikdə 5000 insan qoşulub. Bunun da 3700-ü Fransa, Britaniya, Almaniya və Belçikanın payına düşür.
Barretin sözlərinə görə, son il yarımda İŞİD sıralarına 31 min əcnəbi qoşulub: «Bunlar əsasən, Yaxın Şərq və Afrikadan gələn ərəblərdir. Keçmiş Sovet ölkələrindən bura 5 min insan gəlib. İŞİD öz sıralarına Norveçdən tutmuş özbəkistana qədər 86 ayrı ölkədən insan cəlb edib».
2003-cü ildən 2014-cü ilədək BMT-də «Əl-Qaidə» və «Taliban»ı müşahidə qrupuna rəhbərlik edən Barret Suriyadakı vətəndaş müharibəsinin yaxın vaxtlarda başa çatmayacağını da bildirib.