XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 09:51

Senatorlar razılaşdı:Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

ABŞ senatorları Rusiya, İran və Şimali Koreyaya dair sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər.

"Reuters" xəbər verir ki, ki, bunu respublikaçı-senator Bob Korker bəyan edib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi artıq bu həftə qəbul oluna bilər.

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən indiyədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.   Qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları əvvəlcədən Konqreslə razılaşdırmağı məcbur edir.   Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi. 

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edib/APA