XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2015 - 07:38

Bağdadi Türkiyədə olub – İrandan sensasion məlumat

İranın FARS informasiya agentliyi İŞİD lideri Əbu Bəkr Bağdadi ilə bağlı sensasion məlumat yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət agentliyi Bağdadinin Liviyaya getdiyini və bu ölkənin ərazisinə keçməmişdən əvvəl Türkiyədə olduğunu yazıb.

Məlumata görə, Bağdadi Liviyaya İraq Koordinasiya Mərkəzinin təqiblərindən qaçıb. 

İran KİV-ləri İŞİD liderinin hazırda Liviyada – Qəzzafinin doğulduğu Sirt şəhərində olduğunu xəbər verir. Şəhər hazırda cihadçıların nəzarətindədir.