XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2017 - 17:43

Rusiyalı politoloqdan Saakaşvili haqda açıqlama:"Bu sistem olduqca, Avropa Ukraynası mövcud olmayacaq"

"XXI əsrdə iki Ukrayna inqilabının hədəfi Avropa Birliyinin üzvü olan demokratik Ukrayna qurmaq olub".

Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

“Rusiyadakı Putin hökuməti bütün vasitələrlə bu hədəfin reallaşmasına izn vermədi. Buna hətta aqressiv müharibə ilə də maneə yaradıldı. Avropa Ukraynasının həm xarici, həm də daxili düşmənləri var. Bu, korrupsiyaya bulaşmış bürokratiya ilə kriminal böyük biznesin tandemidir. O, hakimiyyətdə olduğu müddət ərzində heç nə dəyişməyəcək. Birinci Maydandan sonra oliqarxiya Yuşenkonu korrupsioner edib, Timoşenkonu yedi.

İndi o, Saakaşvilini məhv edir. Mən Gürcüstanın eks-prezidentini ideallaşdırmıram. Aydındır ki, o, korrupsioner bürokratiya və oliqarxiyaya meydan oxumuşdu. Yanukoviç Yuşenkonun oliqarxiyanın hökmranlığını tam məhv etmədiyi üçün hakimiyyətə gəlməyi bacarmışdı. Oliqarxiyanın ən böyük tənqidçisini vətəndaşlıqdan məhrum etmək pis simptomdur. Bu sistem olduqca Avropa Ukraynası mövcud olmayacaq. Putin də məhz buna ümid edir”, – Eydman bildirib/Axar.az.