XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 18:21

PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə:"Danışmağa heç bir sözüm yoxdur"

Məlum olduğu kimi, bu il iyunun 1-də Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər gerçəkləşdirilib.

Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında bir sıra vəzifəli şəxslər işdən azad edilib ki, onlardan biri də uzun illər Humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə olub.

F.Abdullazadə işdən çıxarılandan sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boş qalır və bura yeni təyinat gerçəkləşməyib.

Xatırladaq ki, 69 yaşlı Fatma Abdullazadə uzun illərdir – 1993-dən 2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Son günlər Fatma Abdullazadə ilə bağlı müxtəlif məlumatlar yayılır. Ona yeni vəzifə veriləcəyi də yayılan xəbərlər sırasındadır.

Strateq.az xəbər verir ki, Modern.az saytı işsiz qalan Fatma Abdullazadə ilə əlaqə saxlamağa çalışıb və buna nail olub.

Saytın əməkdaşı ondan hazırda nə işlə məşğul olduğunu soruşub.

O, belə cavab verib:  “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm. Düşünürəm ki, danışmağa heç bir sözüm yoxdur. Zəng edib, maraqlandığınıza görə çox sağ olun. Amma xahiş edirəm, bir də mənə zəng etməyin!”.

Administrasiyanın keçmiş şöbə müdiri bundan artıq heç nə demək istəməyərək, telefonu qapadıb…