XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 19:37

Putin:“Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib.

O bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.

“Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, – deyə o vurğulayıb.

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. Onun fikrincə, Rusiya-ABŞ münasibətləri ABŞ-ın daxili məsələlərinə qurban verilir.

APA