XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 20:22

İstanbula şiddətli dolu yağır: yollar bağlandı, tunelləri su basdı –FOTO, VİDEOLAR

İstanbula şiddətli dolu yağır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dolu yağışı zamanı İstanbul səması bir neçə dəqiqə qaranlığa qərq olub və sonra yenidən aydınlanıb.

Fırtına ilə müşayiət olunan dolu yağışı səbəbindən bir sıra yollar bağlanıb, tunelləri su basıb. Güclü fırtına səbəbindən dəniz səfərləri dayandırılıb.

Dolu o qədər güclü yağıb ki, bir çox avtomobilin şüşələri sınıb.

Rəsmi qurumlar sel ehtimalına qarşı vətəndaşlara diqqətli olmaları və evlərində qabaqlayıcı tədbir görmələri barədə xəbərdarlıq veriblər.