ABŞ Türkiyəyə “ağıllı bomba”nın satışını təsdiqləyib.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, ilk mərhələdə Türkiyəyə minə yaxın ağıllı bomba (idarə olunan aviasiya bombaları) göndəriləcək.
“NATO üzvü olan Türkiyənin müdafiə qabiliyyətini gücləndirməsi ABŞ-ın milli maraqları baxımından önəmlidir”, – Vaşinqtonun məlumatında bildirilib.
Qeyd edək ki, son günlərdə Türkiyənin Rusiyaya məxsus “Su-24” bombardmançısını vurmasından sonra iki ölkə arasında vəziyyət gərginləşib.