XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 00:24

“Qəbələ” “Panatinaikos”la qarşılaşmadan məğlub ayrıldı –Avropa Liqası

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində  "Qəbələ” səfərdə Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki,  oyunda hesabı Yunanıstan komandası açıb. Qilyerme Molins 37-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib – 1:0.

Bu qoldan sonra oyunda başqa qol olmayıb. Beləliklə, "Qəbələ" növbəti mərhələyə çıxmaq üçün mütləq Azərbaycanda keçirilən cavab qarşılaşmasında qələbə qazanmalıdır. 

Xatırladaq ki, "Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.