Pakistanın baş naziri Navaz Şərif vəzifədən kənarlaşdırılıb.
Strateq.az bildirir ki, bu barədə qərarı Pakistanın Ali Məhkəməsi verib.
Ali Məhkmə bu qərarı Şərifin ittiham olunduğu korrupsiya cinayətlərinin araşdırılması ilə bağlı çıxarıb. Məhkəmə həmçinin baş nazirə qarşı cinayət işinin açılması barədə qərar verib. 2016-cı ilin aprelində “Mossack Fonseca” adlı Panama hüquq firması Nəvaz Şərifin və qızlarının offşor şirkətlər sahibi olmasını təsdiq edən məxfi sənədləri yaymışdı.
Baş nazir korrupsiyada ittiham olunur.