XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 20:43

Kim Çen In ABŞ-a meydan  oxuyur –Şimali Koreya yenə ballistik raketi sınaqdan keçirdi

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.  

 “RİA Novosti”nin verdiyi xəbərə görə, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb.  Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.    

Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü  münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.   

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.