Türkiyə Xarici İşlər Nazirliyi Şimai Koreyanın növbəti dəfə uzaqmənzilli nüvə raketini sınaqdan çıxarmasını qınayıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı yayılan bəyanatda "Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan çıxarmasını qınayırıq. Bu ölkənin rəhbərliyini BMT-nin qərarlarına əməl etməyə çağırırıq", – deyə, bildirilib.
Əlavə olunub ki, Şimalı Koreya bölgədə və dünyada gərginlik yaradacaq addımlardan çəkinməlidir.
Strateq.az