XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 17:51

Rusiyanın Türkiyəni cəzalandırmaq istəyi rədd edildi – Kreml BMT-dən əliboş qayıtdı

Rusiyanın BMT Təhlükəsizlik Şurasının bu gün növbədənkənar keçirilən iclasında Türkiyəni cəzalandırmaq istəyi də boşa çıxıb.

Strateq.az TRT kanalına istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin tələbiylə bu gün Təhlükəsizlik Şurası toplanıb. Rusiya şuranın iclasında Türkiyənin İraqın Mosul şəhərindəki hərbi birliyinin çıxarılması və bununla bağlı BMT Təhlükəsizlik Şurasının daimi nümayəndəliklərinin birgə bəyanatla çıxış etməsini tələb edib:

“Ancaq Rusiyanın bu tələbləri heç bir dövlətin nümayəndəliyi tərəfindən dəstəklənməyib. Əksinə, İraqın BMT-dəki nümayəndəliyi Rusiyanın onlardan xəbərsiz atdığı bu addıma qarşı çıxıb. İraqın BMT-dəki daimi nümayəndəsi “Bu, Türkiyə ilə İraqın arasındakı problemdir, özümüz danışıb, həll edəcəyik”,- deyib”.