XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 20:05

Pakistan iqtidarının yeni planı –Ordu Şahbaz Şərifin hakimiyyətə gedən yolunu "təmizləyir"

Pakistanın baş naziri Nəvaz Şərifin vəzifəsindən azad edilməsindən sonra ölkənin yeni baş nazirinin kim olacağı dünyanın diqqətindədir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın baş naziri vəzifəsi müvəqqəti olaraq neft və qaz ehtiyatları naziri Şahid Xaqan Abbasiyə həvalə olunacaq.

O, 45 gün bu vəzifəni icra edəcək: "Hakim Pakistan Müsəlman Liqası Partiyası onu müvəqqəti baş nazir elan etməyə hazırlaşır".

Məlumata görə, iqtidar partiyası 45 gündən sonra keçiriləcək növbədənkənar seçkiyə də ciddi hazırlaşır.

Maraqlıdır ki, seçkilərə bu günlərdə istefaya göndərilmiş Nəvaz Şərifin doğma qardaşı Şahbaz Şərifin liderliyi ilə seçkiyə getmək istəyən Müsəlman Liqası partiyası buna görə partiyada da tələsik dəyişikliyə gedir.

Məlumata görə, yaxın günlərdə Şahbaz Şərif partiyanın sədri vəzifəsinə gətiriləcək. Bundan sonra onun baş nazir postuna iddiası rəsmən elan ediləcək.

Onunla bağlı qərarda ordu ilə sıx münasibətlərinin də böyük rol oynadığı iddia olunur. Hətta Şahbaz Şərifin pariya liderliyinə və bundan 45 gün sonra isə baş nazir postuna gətirilmə planının da ordunun olduğu vurğulanır.

Strateq.az