XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 19:25

Rusiya ilə Britaniya İŞİD-ə qarşı birləşdi

Rusiya və Britaniya bundan sonra İŞİD-ə qarşı birgə mübarizə aparacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Britaniya Baş naziri Devid Kameron arasında bu gün baş tutan telefon danışığı zamanı bu barədə razılıq əldə olunub.

Londonun təşəbbüsü ilə baş tutan telefon söhbətində İŞİD-in həm Suriyaya, həm də digər dövlətlərə təhdid olduğu, ona qarşı ittifaqın zəruriliyi qeyd olunub. 

Kameron növbəti dəfə Putinin diqqətinə çatdırıb ki, Britaniya Bəşər Əsəd rejiminin getməsində israrlıdır. Onun sözlərinə görə, Suriyada ölkə əhalisinin böyük hissəsinin dəstəklədiyi yeni liderə ehtiyac var.