XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 10:41

Sərhəd qoşunlarına yeni səlahiyyət verildi –Yükləri yoxlayacaqlar

Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.

Qeyd edək ki, Sərhəd qoşunlarına belə bir hüquq “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq. 

APA