XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 10:47

“Çinin siyasətindən olduqca məyusam…” –Trampdan rəsmi Pekinə xəbərdarlıq

"Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbirlər görmür".

Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Çinin siyasətindən olduqca məyus olmuşam. Əvvəlki liderlərimiz onlara ikitərəfli ticarətdə yüz milyardlarla dollar qazanmağa imkan verib. Ancaq Çin rəhbərləri bizim üçün heç nə etmirlər, yalnız vədlər verirlər. Daha imkan verməyəcəyik ki, bu davam etsin. Çin asanlıqla bu problemi həll edə bilərdi”, –  deyə, D.Tramp qeyd edib.

Qeyd edək ki, D.Tramp apreldə  Çin lideri Si Tszinpin ilə görüşündən sonra onunla yaxşı münasibətlər qura bildiyini bəyan etmişdi. Çin Xalq Respublikasının sədri, öz növbəsində,  Şimali Koreya ətrafında vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırmışdı/APA.