XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 12:44

“Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər” –Saakaşvilidən yeni tələb

Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından dələduzluq yolu ilə məhrum edildiyini iddia edir.

Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.

"Mən şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən, prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", – deyə o, vurğulayıb.

Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib/Report.