XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 05:13

ABŞ-da 14 nəfərin güllələnməsinin detalları açıqlanıb

absh-terrorcular-1.jpg

ABŞ-ın San-Bernardino şəhərində 14 nəfərin güllənməsinin təfərrüatları məlum olub.  Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi bildirib ki, 14 nəfəri güllələyən ər-arvad tanışlıqlarından əvvəl radikal islam ideyalarını bölüşüblər.

Onun sözlərinə görə, Taşfin Malik və Səid Rizvan Faruk hələ 2013-cü ildə müsəlmanların tanışlıq saytında cihad məsələlərini müzakirə ediblər.

FTB hesab edir ki, Malik və Faruk xaricdə islam təşkilatlarının fəaliyyətlərindən ruhlanaraq, bu hadisəni törədiblər.

Xatırladaq ki, dekbarın 3-də Malik və Faruk San-Bernardino şəhərində 14 silahsız adamı öldürüblər.  İki nəfər yaralanıb. özləri hadisə yerindən qaçmağa çalışarkən, atışmada polislər tərəfindən güllələniblər.

Onların evində axtarış zamanı çox sayda silah, patron və 12 əldəqayrma partlayıcı qurğu aşkar edilib.

Senatda çıxış edən FTB direktoru Malik Faruku itirmiş İslam ekstremistləri kimi xarakterizə edib.  Onun sözlərinə görə, istintaq onların necə xarici təşkilatların təsirinə düşdüyünü araşdırmağa çalışır.

FTB-nin araşdırmaları gösrtərib ki, onlar hələ ailə qurmamışdan əvvəl də cihad məsələlərini müzakirə ediblər. Taşfin 2014-cü ildə iyul ayında ABŞ-a gəlib və bir ay sonra Faruk ilə evlənib.

Strateq.az