XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 20:55

Venesuelada gərginlik artır –Seçki məntəqəsinin yaxınlığında iki nəfər qətlə yetirildi

Venesuelanın Merida ştatında seçki məntəqəsinin yaxınlığında iki nəfər qətlə yetirilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, öldürülənlərdən biri seçki keçirilən təhsil mərkəzinin mühafizəçisi olub.

Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir.

Venesuela seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyulsa da, prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.

Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

APA