XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2017 - 21:24

Suriya XİN BMT-yə məktub göndərdi:"Suriya xaqına qarşı cinayətləri dayandırın"

Suriya Xarici İşlər Nazirliyi beynəlxalq koalisiyanın həyata keçirdiyi aviazərbələr nəticəsində ölən mülki vətəndaşlarla bağlı BMT-yə məktub göndərib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

“Suriya BMT Təhlükəsizlik Şurasını sülh və beynəlxalq təhlükəsizliyi qorumaq öhdəliyini yerinə yetirməyə və koalisiya qüvvələrinin Suriya xaqına qarşı cinayətlərini dayandırmağa çağırır”, – məktubda qeyd olunub.

Məktubun BMT baş katibi Antonio Quterreşə göndərildiyi bildirilib/Axar.az.