XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 07:50

Abid Şərifovun səhhəti necədir? – Açıqlama

Abid Şərifovun səhhəti ilə bağlı məlumatım yoxdur.

Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Millət vəkili musavat.com-a geniş müsahibəsində Baş nazirin 1-ci müavini Abid Şərifovun səhhəti haqda bunları deyib:

“Cənab prezident hazırda çin Xalq Respublikasında rəsmi səfərdədir. Yəqin ki, bir aydınlıq olar”.

Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, A.Şərifov noyabrın 26-də Pekində keçirilən Azərbaycan-çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında iştirak etdikdikdən sonra vətənə qayıtmayıb.  

Noyabrın 30-da yayılan xəbərlərdə də deyilirdi ki, A.Şərifov səhhətində yaranmış problemlə əlaqədar Azərbaycana dönə bilmir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli axar.az-a bildirib ki, o yalnız A.Şərifovun iş fəaliyyəti ilə bağlı sualları cavablandırmaq səlahiyyətinə malikdir. Baş nazirin I müavininin köməkçisi isə bu mövzuda açıqlama vermək istəməyib.

Məlumata görə, A.Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Onun Pekində xəstəxanaya yerləşdirildiyi iddia edilir.