XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 08:51

“Terror yolu ilə hakimiyyəti ələ keçirən…” – Nazirlikdən “məhv edəcəyik!” xəbərdarlığı
 

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son gərginlik, erməni tərəfinin bəzi nümayəndələrinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması barədə səslənən fikirlərə şərh verib.

 
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb:
 
“Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür. Terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. çünki məhz bu, onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir.
 
Tankların istifadəsi məsələsinə gəlincə isə bildiririk ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib”.