XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 10:24

Məhəmməd Əli Trampın cavabını verdi: “Müsəlmanlar səssiz qalmasın!”

Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ prezidentliyinə namizəd, tanınmış milyarder Donald Trampın müsəlmanlara qarşı çağırışlarına sərt təpki verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 72 yaşlı idmançı kimlərinsə İslam dinindən siyasi məqsədləri üçün istifadə etməsinin yolverilməz olduğunu bildirib:

«Biz müsəlman olaraq İslam dinindən öz siyasi maraqları naminə istifadə edənlərlə bağlı səssiz qalmamalı, onların bu fikirlərinə qarşı çıxmalıyıq. Zorakılıq İslam dini ilə ziddiyyət təşkil edir. Əksinə, siyasi liderlər öz təsir dairlərindən istifadə edərək, İslam dininin mahiyyətini hər kəsə çatdırmalıdılar».

Qeyd edək ki, son çıxışlarının birində Tramp müsəlmanların Amerikaya nifrət etdiyini bildirib və ABŞ hökumətini ölkə sərhədlərini bütün müsəlman dövlətlərinin üzünə qapatmağa çağırıb.