XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 10:18

“O, indi nəinki pis oğlan, həm də diktatordur” –Tramp qonşu ölkə pezidentini hədələdi

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu mütləq hakimiyyəti ələ keçirmiş diktator sayır.

Bunu ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.

“Maduro rejiminin Konstitusiya Assambleyasına saxta seçkilər vasitəsilə mütləq hakimiyyəti ələ keçirməsi bizim yarımkürədə demokratiyaya çox ciddi zərbədir. Maduro indi nəinki pis oğlan, həm də diktatordur”, – deyə Trampın bəyanatında bildirilir.

Bəyanatda Venesuela hakimiyyəti Konstitusiyaya hörmət etməyə, azad seçkilər keçirməyə, siyasi məhbusları azadlığa buraxmağa, repressiyalara son qoymağa və xalqın humanitar problemlərini həll etməyə çağırılır.

Eyni zamanda, Tramp bəyan edib ki, ABŞ öz müttəfiqləri ilə birlikdə Venesuelada insan haqları pozuntuları və zorakılıqda günahkar olanların məsuliyyətə cəlb edilməsinə çalışacaq.   

Xatırladaq ki, iyulun 30-da Venesuelada hakimiyyətin təşəbbüsü ilə Konstitusiya Assambleyasının formalaşdırılması üçün seçki keçirilib. Bu orqan hazırda müxalifətin çoxluqda olduğu Milli Assambleyanı – parlamenti əvəz etməlidir. ABŞ bu seçkiləri tanımayaraq N. Maduroya qarşı sanksiya tətbiq edib. Latın Amerikası ölkələri də seçkiləri tanımayıblar.

APA